Tədqiqatlar göstərir ki, qadınlar kosmik uçuşların stresinə kişilərdən daha yaxşı dözürlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunmuş elmi araşdırmada bildirilir.
Araşdırmanın müəlliflərinə görə, qadınlar dünyaya uşaq gətirirlər. Bu səbəbdən onların orqanizmi daha ciddi dəyişikliklərə daha yaxşı adaptasiya olunur.
Qeyd edək ki, kosmik uçuşların başladığı 1961-ci ildən etibarən yüzədək qadın kosmosa uçub.