"Microsoft" Rusiyada xidmət göstərdiyi təşkilatların yarısını öz xidmətlərindən ayırıb

post-img

Amerikanın “Microsoft” korporasiyası mayın 15-dən etibarən Rusiya təşkilatlarının yarıdan çoxu üçün bulud xidmətlərinə abunəliyi dayandırıb. Bu barədə Softline Group-un nümayəndələri müştəri dəstəyi üçün Telegram kanalında məlumat veriblər. Dəqiq nə qədər istifadəçilər üçün girişin məhdudlaşdırıldığı göstərilmir.

“Microsoft-un mayın 15-də başlayan CSP kanalında Visio Online, Project Online, Power BI abunəliklərinə giriş məhdudiyyəti davam edir. Bu günə qədər Rusiya Federasiyasında qeydiyyatdan keçmiş təşkilatların yarısından çoxu satıcı tərəfindən məhdudiyyətlərlə qarşılaşır. 

Hələ yazda "Microsoft" Rusiya şirkətlərinə məktub göndərərək 2024-cü il martın 20-dən Rusiya təşkilatları üçün bulud məhsullarına girişi bağlayacağını bildirmişdi. Amerika korporasiyası qərarını Aİ sanksiyaları ilə izah etmişdi.

S.ELAY

XQ

İKT