Atatürkə atılan erməni böhtanları

post-img

II YAZI 

Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünas­lıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan “Mustafa Kamal. “Ermənistan Respublikasına qarşı mübarizə (1919-1921)” adlı monoq­rafiyasının birinci hissəsində Musta­fa Kamalın fəaliyyət dövrü, Sultanın əmri ilə Yıldırım Ordusunun koman­danlığı vəzifəsini tərk edərək paytaxt İstanbula ayaq basması və sonrakı hadisələr yer alır. Bu baxımdan o, 1920-ci illərə aid çox mühüm bir sənəddən danışır. O yazır ki, “No­yabrın əvvəllərində Mustafa Kamal öz sadiq komandiri Kazım Qarabə­kiri Ermənistana qarşı göndərdi. Bu sənəddə Qarabəkirə Ermənistanı ya məhv etmək, ya da “yox etmək” tap­şırılıbmış. 

Tarixi gerçəkləri oxucularına baş-ayaq çatdıran müəllif demir ki, durumun mürəkkəbliyindən istifadə edən Ermənistan Batum anlaşma­sını pozmuş və ona bitişik ərazilə­ri özünə birləşdirmişdi. Batumda müəyyənləşən 9 min kavadratkilo­metrlik ərazinin kənarına çıxmışdı. Türkiyə isə bu əraziləri azad etmək üçün hərbi müdaxiləni seçmişdi. Onu da demir ki, Gümrüdə ermənilər Kazım Qarabəkir paşanı gül-çiçəklə və “Xilaskar türk ordusuna alqışlar” şüarı ilə qarşılamışdılar... 

Əslində, bu hadisədə gizli heç nə yoxdur. Ermənistan öz nəzarətində olan Şərqi Anadolunun bir çox ye­rində müsəlmanları qırğına məruz qoyurdu. Onları xilas etmək, Misa­ki-Milli sərhədləri daxilində döv­lətini və millətini qorumaq Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi orduya həvalə edilmişdi. O da hərbi vəzifəsini yerinə yetirmişdi. Bunun üçün Atatürkü günahlandırmaq mən­tiqli deyil. 

Mustafa Kamalın ona güvən­məsələr də, “Gənc türklər”in fəal üzvü olduğunu vurğulayan erməni türkoloq kitabında yazır ki, xüsusilə Ənvər paşa ona qətiyyən güvənmir­di. Adını “türkoloq “ qoyan bu şəxs Mustafa Kamalla Ənvər paşanın münasibətlərinin tarixindən xəbəri yoxdur.

İkinci hissədə əsasən Mustafa Kamalın Ermənistan dövləti və er­məni xalqına yanaşması haqqında çıxışları yer alıb. Şərhlər reallıqlar­dan uzaqdır. Ermənilərin Osmanlı imperiyasındakı roluna və ermə­ni-türk müharibəsi başladıqdan və kamalistlərlə bolşeviklərin ittifaqın­dan sonra türklərə verilən külli miq­darda silahlara xüsusi diqqət yetiri­lib. Atatürk manevrlərlə Qərbin və bolşeviklərin razılığını qazana bil­məsi kimi absurd anlayışlarla erməni oxucularına təqdim olunur. 

İrəvan Dövlət Universiteti Ermə­nistanda “Türkiyə Cümhuriyyətinin tarixi” dərsliyini nəşr edib. Atatürk bu kitabda yenə də Ruben Safrastyan və digər türkoloq Ruben Melkonyan tərəfindən yazılan fikirlərlə anladı­lır. Atatürkün “erməni məsələsi”nə baxışı saxta erməni tezisləri üzərində qurulub. Osmanlı imperiyasını və onun varisi Türkiyə Cümhuriyyətini qondarma “erməni soyqırımı”nda ittiham etmək üçün guya Atatürkə bağlı heç bir nəşrdə yer almayan fikirlər həqiqət kimi verilir. Milliy­yətçi seqment tərəfindən müxtəlif platformalarda tez-tez səslənən bu iddialar daha çox təbliğat məqsədi ilə irəli sürülür. Bunları dərs kitabına daxil etmək yolverilməzdir. 

İrəvanda bir müddət əvvəl “Ka­mal Atatürk və ermənilərin depor­tasiya prosesi” adlı tədbir keçirilib. “Türklərin əcdadının rolu” adlı kon­fransda saxta “sənəd” irəli sürülüb. Bu sənədə əsasən, Cümhuriyyət döv­ründə ermənilərin ölkəyə qayıtması guya qadağan edilib. Ancaq Atatürk bu torpaqlarda yaşamaq hüququ olan bütün insanlara səslənərək, öz tor­paqlarına qayıtmalarını istəmişdi.

Erməni iddialarından biri də Ata­türkün guya “erməni soyqırımı”nı qəbul etməsi və 1915-ci il hadisələ­rini “soyqırımı” kimi qələmə ver­məsidir. Hələ ötən əsrin 20-ci illə­rində Atatürk ermənilərin qondarma “soyqırımı” iddialarını yalan kimi kəskin tənqid etmiş və bu təbliğatı aparanları “satqın” adlandırmışdı. Bu da maraqlıdır ki, Atatürkün döv­ründə 800 min erməninin öldürüldü­yü iddiaları irəli sürülüb. Sonra bu rəqəm 1 milyona, daha sonra isə 1,5 milyona çatdı. Görəsən Atatürk sağ olsaydı bu gün Türkiyədə bu erməni yalanını dəstəkləyənlərə nə deyərdi? O vaxt belə demişdir: “Erməni soyqı­rımı” ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığı şübhə doğurmamalı­dır. Əksinə, cənub bölgələrində xari­ci qüvvələr tərəfindən silahlandırılan ermənilər öz himayədarlarından ruh­lanaraq öz yerlərində müsəlmanların üzərinə hücuma keçiblər. Bununla qisas düşüncəsi ilə hər yerdə aman­sız öldürmə və məhvetmə yolu ilə gedirdilər”.

Atatürk erməniləri yaxşı tanıyır­dı. Onlar “...Naxçıvandan tutmuş Ol­tuya qədər bütün islam xalqına zülm etmiş, bəzi yerlərdə dağıntılar və talanlar etmişlər. Sərhədlərimizə gir­mək, müsəlmanları köçməyə məcbur etmək, eyni zamanda onları özləri üçün dayağa çevrilmək məqsədilə 400 min Osmanlı ermənisini ölkə­mizə sürgün etmək istəyirlər”.

Bu son cümləyə diqqət yetirsək görərik ki, ermənilər nəyin bahasına olursa-olsun bu torpaqlarda insanları yerləşdirmək istəyiblər. Görünmə­miş qırğınların hələ unudulmadığı o illərdə bu mümkün idimi? Əlbəttə, yox. Bir çox erməni ailəsi yenidən bu ölkəyə gəlməyə utanırdı. On­lar qətllərə görə bu insanlarla üz-üzə gələ bilmirdilər. Amma erməni ideologiyası ilə “silahlanmış” bəzi erməni təşkilatları bu məsələdə on minlərlə ermənini qurban verməyə belə hazır idilər. Dünyanın ən böyük əsgəri və siyasətçisi Atatürk bu er­məni oyunundan xəbərdar idi və çox ustalıqla bu planı alt-üst etdi. Planın baş tutmadığını görüncə, böhtan at­mağa başladılar. 

Erməni mənbələrini araşdırdıqda belə bir fikir ortaya çıxır: Ermənilə­rin Atatürkə hücumları hələ o hələ sağ ikən başlamışdır. “Ararat Center” erməni araşdırma mərkəzi fransız yazıçısı Paul du Véunun Parisdə nəşr olunan “Lé Désastre d’ Alexandrette, 1934–1938” kitabının 121-ci və 122-ci səhifələrinin dipnotlarına istinad edərək Atatürkə böhtan atırlar. Paul du Veunun dediyinə görə, Mustafa Kamal 27 yanvar 1920-ci ildə İstan­bul Hərbi Məhkəməsində ifadə verib və bu ifadəsində türklərin ermənilə­ri qətlə yetirdiyini bildirib. Paul du Véunun istifadə etdiyi bu qeydi son­ralar erməni keşiş Jan Naslyan fərq­li şəkildə işlətmişdir. Görün necə: “Bir zamanlar əllərində qan olmadı­ğı üçün qürurlanan Mustafa Kamal 28 yanvarda isiqlal məhkəməsində günahı bir neçə adamın üstünə ataraq belə bir etiraf etdi. O, məqaləsində Atatürkü “Nemrut Mustafa” adlan­dırır. Sonradan məlum olmuşdur ki, bu erməni bilərəkdən məsələni Mustafa Kamalın üzərinə atmışdır. Sonra bu iyrənc böhtanı ifşa edən­də demişdilər: “Biz Mustafa Kamalı Süleymaniyyəli Mustafa Paşa ilə qa­rışdırdıq”. 

Ermənistan dövlətinə xəbərdar­lıq edilsə də, səhvin kitabdan çıxa­rılması bildirilsə də, bu edilməyib. Oxşar “səhvlərə” bir il fərqlə, yəni 1919-cu ilin 27 fevral və ya 28 yan­var 1920-ci il tarixli nəşrlərdə yol verilmiş, sonra isə bir çox erməni ya­zıçıları tərəfindən təkrar edilmişdir. İndi bu yalan erməni mətbuatında yayılır və Atatürkə qarşı qarayaxma kampaniyalarında istifadə olunur. 

Böhtanlardan biri də Mustafa Kamalın 1926-cı ildə “Los Angeles Examiner” qəzetinə verdiyi açıq­lama ilə bağlıdır. Bu məsələ ermə­nilər tərəfindən müxtəlif yerlərdə və nəşrlərində dəfələrlə təkrarlanıb, hətta erməni lobbisi tərəfindən ABŞ Konqresinə çıxarılıb və təbliğat va­sitəsi kimi istifadə olunub. Məsələn, 1994-cü ildə ABŞ Senatında senator Levinin irəli sürdüyü bu iddia Ata­türkün heç bir əsərində yoxdur və sö­zügedən dövrdə çıxan qəzetlərdə də yer almır. Bunu “yazan” Hilderband adlı isveçrəli jurnalistin Türkiyəyə gəldiyinə dair heç bir qeyd yoxdur, İsveçrə rəsmilərinin təqdim etdiyi sənədlərdə də bu adda hər hansı bir izə rast gəlinmir. Atatürkün xarici media qurumlarına verdiyi müsahi­bələr yuxarıda adıçəkilən qəzetin və bugünkü erməni təşkilatı “Mitk”in iddia etdiklərinin tam əksini ifadə edir: “Əslində soyqırımı ermənilər törədiblər”. Atatürk də bu fikirdə ol­muş və onu dəfələrlə dilə gətirmişdir. 

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət