Fevralın 27-də Şamaxı rayonunda zəlzələ baş verib.
Bu barədə XQ-yə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Bildirilib ki, maqnitudası 4,7 olan zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 12 kilometr olub.

