Minifutbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığmamız Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.

