WhatsApp-da yeni funksiya istifadəyə verilib

post-img

Yeni funksiya məşhur WhatsApp messencerinin iOS əməliyyat sistemli cihazlarda istifadəçiləri üçün əlçatan olub. Bu barədə WABetaInfo portalı məlumat yayıb.

Qeyd olunur ki, yeni versiyada videozəng zamanı həmsöhbətinizə cihazınızdan səsin ötürülməsi mümkündür. Bu seçimlə yeniləmə artıq AppStore onlayn mağazasında mövcuddur.

Portal müəllifləri, həmçinin WhatsApp-ın interfeysini dəyişdiyini bildirirlər. Onların sözlərinə görə, tətbiqin ikon dizaynı dəyişib, hərəkət düymələri isə yaşıl rəngə çevrilib.

Bundan əvvəl məlum olub ki, WhatsApp-da videofayllara və ya şəkillərə baxarkən reaksiyalar təyin etməyə imkan verən seçim olacaq. Bu funksiyanın istifadəçilərə vaxta qənaət etməsinə kömək edəcəyi düşünülür.

Yanvarda məlum olmuşdu ki, messencerdə videozəng zamanı audio trekləri paylaşmaq mümkün olacaq. Bildirilir ki, funksiya Android cihazlarının istifadəçiləri üçün əlçatan olacaq.

S.ELAY

XQ

İKT