“Microsoft” köhnə proqramını bağlayacaq

post-img

“Microsoft” şirkəti nəşrlərin tərtibatı və dizaynı üçün nəzərdə tutulmuş “Publisher” proqramını dəstəkləməyi dayandıracaq.

Şirkət qeyd edib ki, proqram “Windows”un yeni versiyaları üçün mövcud olmayacaq. “Publisher” 2026-cı il oktyabrın 13-də xidmətini tamamilə dayandıracaq.

Qeyd edək ki, “Publisher” ən qədim ofis proqramlarından biri hesab olunur. Proqramın ilk versiyası 1991-ci ildə ortaya çıxıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

İKT