Robot-aşpaz…

post-img

Son zamanların texnologiya yeniliklərinə biri də əlavə olunub. Belə ki, müxtəlif yeməklərin hazırlanması videolarına baxaraq reseptləri öyrənən robot-aşpaz yaradılıb.

Yeni ixtira Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçıları tərəfindən ərsəyə gətirilib. Robot-aşpaz proqramı simulyasiya maşın öyrənmə metoduna əsaslanaraq insanın videoda nə etdiyinə baxır və sonra da gördüklə­rini təkrarlamağa çalışır.

Tədqiqat zamanı robota səkkiz sadə salatın reseptləri yüklənib. Daha son­ra ona bu yeməklərin hazırlanması ilə bağlı kliplər göstərilib. Əl hərəkətləri və inqrediyentlərlə maşın resepti təyin edib və bişirmə mərhələlərini təkrarlamağa başlayıb. Mərhələnin sonunda “kiber-aş­paz”dan öz yeməyini yaratması tapşırı­lıb. Robot baxılan 16 videogörüntüdən 14-nü düzgün müəyyənləşdirib.

Beləlikə alimlər hesab edirlər ki, yeni texnologiya zamanla təkmilləşdik­cə, “YouTube”dən yemək bişirməyi də mənimsəyə biləcək.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

İKT