Təki beyin qocalmasın...

post-img

Beynin qocalma prosesini tamamilə dayandırmaq mümkün olmasa da, onu ləngitməyə kömək edəcək elmi əsaslı tövsiyələr var:

1. Magistral yol kənarı ilə get­məyin, orda qaçmayın. Daimi fiziki fəaliyyət beyin üçün çox faydalıdır, çünki neyronlarda mitoxondriyala­rın (enerji “yarımstansiyaları”) sa­yını artırmağa kömək edir. Amma qaçış və gəzinti üçün park, çəmən, ara yolları seçin.

2. Qan təzyiqi üçün dərman qəbul edin. Bu dərmanlar yaşla əlaqədar intellektin azalmasını lən­gidir və demensiyadan qoruyur.

3. Yaşıl salat və qırmızı bibər yeyin. Yaşıl yarpaqlı tərəvəzlər və parlaq rəngli tərəvəz və meyvələr flavonoidləri, bitki piqmentlərini eh­tiva edir.

4. Qalxanabənzər vəzi müntəzəm olaraq yoxladın. Vəz kifayət qədər tiroksin hormonu is­tehsal etmirsə, bu, intellektin azal­masına və yaddaşın pozulmasına səbəb ola bilər.

Z.BAYRAM, “Xalq qəzeti”

Sosial həyat