Məhşur texnologiya şirkətlərinin rəhbərləri arasında sorğu aparılıb. Nəticədə onlar yaxın onilliklərdə süni intellektin insan sivilizasiyasını məhv edəcəyi ehtimalına inandıqlarını bildiriblər. Sorğuda “Walmart”, “Coca-Cola”, “Xerox”, “Zoom” şirkətlərinin və həmçinin əczaçılıq, media və istehsalat şirkətlərinin rəhbərləri də iştirak edib.
Onlardan 34 faizi qeyd edib ki, bu təhlükə artıq 10 ildən sonra baş verə bilər. Bunun əksinə olaraq, 58 faizi isə bu cür ehtimal, ümumiyyətlə, heç vaxt baş verməyəcək və onlar bu məsələyə görə narahat deyillər. Bununla yanaşı rəhbərlərin 42 faizinin fikrincə süni intellektlə ilə bağlı düşünülən təhlükələr olduqca şişirdilib.
S.VAHİDQIZI, “Xalq qəzeti”

