“Google Lens” dəri xəstəliklərini təyin edəcək

post-img

Gördüyümüz fotolardakı obyektləri, mətnləri təyin etməklə yanaşı, istifadəçiyə bir çox faydası toxunan “Google Lens” servisinin funksionallığı genişləndirilib. Belə ki, servis sağlamlıqla bağlı yeni funksiya əldə edib. Qeyd edək ki, tərtibatçılar “Google Lens”lə çəkilmiş foto vasitəsilə dəri xəstəliklərini təyin etməyi öyrəniblər. Sözügedən funksiya rəsmən təsdiq edilməsə də, istifadəçiyə hansı tibbi mütəxəssisə müraciət eedəcəyini müəyyən etməkdə istiqamət verə bilər.

Yeni funksiyadan istifadə etmək üçün istifadəçi ilk növbədə dərinin problemli sahəsinin fotosunu çəkməli və “Google Lens”ə yükləməlidir. Daha sonra tətbiqdə axtarış prosesinə start verərək yüklənmiş fotonun digər fotolarla vizual uyğunluqla­rını axtaracaq. Axtarış öz növbəsində di­gər xəstəliklərin simptomlarını da təqdim edə bilər. Bu, ilk növbədə istifadəçinin sağlıq problemini sözlərlə düzgün şəkil­də ifadə edə bilmədiyi təqdirdə faydalı ola bilər. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya