Cüdoçumuz “Böyük dəbilqə”də bürünc aldı

post-img

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb. Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz həlledici mərhələdə belçikalı Amber Ryheuli məğlub edib. 

Qazaxıstanın paytaxtı Astanada ke­çirilən yarışda 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman