Dünyada geniş istifadəçiyə sahib olan süni intellektli söhbət robotu “ChatGPT”yə yeni rəqib hazırlanıb. Çin texnologiya nəhəngi Alibaba tərəfindən istehsal edilən süni intellekt qabaqcıl xüsusiyyətlər vəd edir. Xəbəri “cnn.com” saytı verib.
“Tongyi Qianwen” adlandırılan söhbət çatbotunun mənası Çin dilində “Min sualla həqiqəti axtarmaq” deməkdir. Bu yeni süni intellekt müxtəlif dillərdəki suallara cavab verə bilir və mürəkkəb anlayışları qavramaq qabiliyyətinə malikdir. Bundan əlavə, “Tongyi Qianwen” smartfon proqramlarına, eləcə də şirkət tərəfindən istehsal olunan rəqəmsal köməkçi və ağıllı ev sistemlərinə inteqrasiya olunacaq.
Şirkət hazırda yazılı mətndən şəkillər yaratmaq və rəsmləri tanımaq üçün süni intellektə funksiyalar əlavə etmək üzərində çalışdıqlarını açıqlayıb.
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”