Cənubi Koreyadan “Google”a cərimə

post-img

Cənubi Koreya dünyanın aparıcı axtarış sistemi “Google”u 32 milyon dollar cərimələyib. Şirkətin mobil proqramlar bazarındakı nüfuzundan istifadə edərək yerli rəqibini sıxışdırdığı iddia olunur. Xəbəri “bbc.com” verib.

Cənubi Koreya Ədalətli Ticarət Komissiyası “Google”un  Çin oyun şirkətlərinə yeni oyunlarını “Google Play Store”da dərc etmələri üçün xüsusi dəstək verdiyini açıqlayıb. Bu şirkətlərin xarici bazarlara açılmasının həyati əhəmiyyət daşıdığı, “Google”un isə bu oyun şirkətlərinin oyunlarını axtarış sistemində üst sıralara yerləşdirərək oyunlarının görünməsinə xüsusi yardım etdiyi qeyd edilib.

Komissiya, “Google”un Cənubi Koreyada fəaliyyətə başladığı 2016-cı ildən 2018-ci ilə qədər “One Store”a yeni oyunlar daxil etməsinin qarşısını aldığını və bu yolla gəlirlərini 1,8 trilyon von artırdığını bildirib. Komissiyanın Antiinhisar Ofisinin baş direktoru Yu Song Vuk qeyd edib ki, “Google”un niyyəti güclü rəqib kimi gördüyü “One Store”u bazardan çıxarmaqdır.

Qeyd edək ki, ölkənin mobil proqramlar bazarının dörddə üçünə nəzarət edən “Google” isə bu iddiaları təkzib edib.

Əfsanə ƏHƏDLİ,
"Xalq qəzeti"

 

 

İKT