Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
İdmançılarımız mötəbər yarışda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edirlər. Komandamız Fudokan üzrə nümayəndə Vüsal Abdullazadə və baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edir.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı, eləcə də yeniyetmə və gənclər arasında Avropa kuboku üzrə yarışlara sabah yekun vurulacaq. Hazırda yeniyetmə və gənc karateçilərimiz Avropa kuboku uğrunda mübarizəni davam etdirir.
Qabil YUSİFOĞLU
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti


