2026 Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi üçün könüllü qeydiyyatı açıldı

post-img

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubiley buraxılışı çərçivəsində Könüllü Proqramına müraciətlərin qəbuluna start verib. Proqram iştirakçılara dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin təşkilində yaxından iştirak etmək imkanı yaradır.

Bildirilib ki, müraciətlər 4 may tarixindən etibarən açıqdır. Yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq namizədlərə gecikmədən qeydiyyatdan keçmək tövsiyə olunur.

Proqramda iştirak etmək istəyən şəxslər məsuliyyətli, enerjili, ünsiyyətcil olmalı və komanda mühitində işləmə bacarığına malik olmalıdır. Könüllülər üçün minimum yaş həddi 16 yaşdır. Xarici dil biliklərinə malik namizədlərə seçim zamanı üstünlük veriləcək.

Qeyd edək ki, 2025-ci ildə proqram üzrə 30 mindən çox müraciət qeydə alınıb, lakin yalnız 2 min nəfər könüllü seçilib. Bu isə seçim prosesinin nə qədər rəqabətli olduğunu göstərir.

Mühüm məqamlardan biri isə budur ki, bu ildən etibarən müraciətlər yalnız BCC mobil tətbiqi vasitəsilə qəbul olunur və qeydiyyat tam şəkildə həmin platforma üzərindən həyata keçirilir.



İdman