Dövlət qurumları arasında minifutbol turnirinin finalçıları məlum olub

post-img

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin finalçıları məlum olub. 

Aprelin 26-da keçirilən ilk yarımfinal oyununda “Azərişıq” ASC Ədliyyə Nazirliyinə 1:0 hesabı ilə qalib gəlib. Digər yarımfinal görüşündə isə SOCAR Baş Prokurorluq komandasını 2:0 hesabı ilə məğlub edib.
Turnirə mayın 7-də Bakı Tennis Akademiyasında yekun vurulacaq. Finalda “Azərişıq” ASC ilə SOCAR komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Ədliyyə Nazirliyi  Baş Prokurorluqla üz-üzə gələcəklər.

Qabil YUSİFOĞLU
 XQ





























İdman