Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə “Asiya Qran Pri–2026” beynəlxalq turniri keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumatına görə, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.
O, “Backgammon” (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.
Qabil YUSİFOĞLU
XQ

