Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, Quba sakini Cəmil Əliyevin müraciəti əsasında təşkil olunmuş xüsusi testdə o, müvafiq qaydalara uyğun şəkildə 10 saat fasiləsiz üzərək, Azərbaycanda yeni statistik rekord müəyyənləşdirib.
Rekord Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rəsmiləşdirilib və İdman Günü ərəfəsində Cəmil Əliyevə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikat təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ

