8 cüdoçumuz Böyük Dəbilqə turnirində iştirak edəcək

post-img

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, fevral 7–8-də Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək.

Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata Turnirdə Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) çıxış edəcəklər.

Qeyd edək ki, “Böyük Dəbilqə” turnirində 82 ölkədən 526 cüdoçu qüvvəsini sınayacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman