Kata çempionatının qalibləri müəyyənləşib

post-img

Dekabrın 28-də kata üzrə ölkə çempionatı və birinciliyi keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnir böyüklər, gənclər və yeniyetmələr arasında təşkil olunub. 

Yarış Beynəlxalq Cüdo Federasiyasının kata qaydalarına və hakimlik standartlarına uyğun keçirilib.

Yeniyetmələr arasında 1-ci yerə Sadiq Abdullayev (Tori), Rəcəb Əkbərov (Uke), 2-ci yerə Səttar Nurullayev (Tori), Zaur Nəzirov (Uke), 3-cü yerə Nihat Camalov (Tori) və Rüstəm Məmmədov (Uke) layiq görülüb.

Gənclər arasında 1-ci yeri Famil Əsədov (Tori), Yusif Əhmədov (Uke), 2-ci yeri

Mirəbdülrəhim Abdullazadə (Tori), Zidan Bəşirov (Uke), 3-cü yeri Rəsul Əmirzadə (Tori) və Tahir Bünyadov (Uke) tutublar.

Böyüklərin yarışında isə 1-ci yeri Çingiz Əhmədov (Tori),  Seymur Məcidli (Uke), 2-ci yeri Rahim Aslanov (Tori), Yusif Əliyev (Uke), 3-cü yeri Natiq Qurbanlı (Tori) və Elçin Mayılov (Uke) qazanıblar.

Qabil ƏLİYEV
XQ

 



















İdman