Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrin siyahısı gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Siyahı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
AMADA -dan verilən məlumata görə, siyahı üç hissədən – hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz - https://www.amada.az/doping-nezareti/qadagan-edilmis/.
Qabil YUSİFOĞLU
XQ

