DGK İdman-Sağlamlıq Mərkəzinin idmançıları III MDB Oyunlarında qızıl medal qazanıblar

post-img

III MDB Oyunlarında Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançıları Ziya Həsənli və Məryəm Məmmədova taekvondo idman növündə uğurla çıxış ediblər.

DGK Mətbuat xidmətindən XQ-yə bildirilib ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşan turnirdə 63 kq çəki dərəcəsində mübarizə aparan Ziya Həsənli, 53 kq çəki dərəcəsində isə Məryəm Məmmədova gərgin keçən döyüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.







İdman