Cüdoçularımız Braziliyada təlim-məşq keçirlər

post-img

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmizin kişilərdən ibarət cüdo yığması Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 

Toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər. 

İki həftə davam edəcək toplanış milli komandamızın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.

Q.ƏLİYEV
XQ

 

İdman