5 nəfərə 7 medal

post-img

Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, bədii gimnastları San-Marino şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.

Yarışda ölkəmizi böyüklər yaş kateqoriyası üzrə İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaş kateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil ediblər.

Çoxnövçülük proqramında A.Atakişiyeva (93.884 xal) və Z. Cəfərova (97.650 xal) bürünc mükafat əldə ediblər.

Ş.Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) proqramlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A.Atakişiyeva gürzlərlə (25.000 xal) hərəkətlərdə qızıl, halqalarda (24.167 xal) isə ikinci nəticə göstərib. G.İbrahimova isə gürzlərlə (25.567 xal) hərəkətlərin icrasında üçüncü yeri tutub.

Qabil YUSİFOĞLU
XQ

İdman