Fernandu Santuş istefaya göndərilib

post-img

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.

O, yığmanın DÇ-2026-nın seçmə mərhələsinin II turunda evdə Ukraynaya qarşı keçirəcəyi oyundan öncə təşkil olunan mətbuat konfransında portuqaliyalı mütəxəssislə yolların qarşılıqlı razılıq əsasında ayrıldığını bildirib.

Millini DÇ-2026-nın seçmə mərhələsində bu gün Ukrayna yığması ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Qabil YUSİFOĞLU
XQ

İdman