Millimiz İslandiyaya yola düşüb

post-img

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələ oyununda iştirak etmək üçün İslandiyaya yollanıb.

Sentyabrın 5-də keçiriləcək İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Millimiz sentyabrın 9-da isə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna komandasını qəbul edəcək. Oyun saat 20:00-da başlayacaq.

Qabil YUSİFOĞLU
XQ

 

İdman