Ürəyin də “yaddaş”ı varmış

post-img

Avstraliyada heyrətamiz hadisə qeydə alınıb. Anadangəlmə ürək qüsuru ilə doğulan 24 yaşlı Devid Voltersin vəziyyəti kəskinləşdiyindən o, ürək transplantasiyası əməliyyatına məruz qalıb. 

Devidin donoru avtomobil qəzasından sonra beyin ölümü keçirən 18 yaşlı Caden Delaney olub. Voltersin həmişə sağlam qidalandığı ailəsinə və yaxın dostlarına məlum idi. Lakin əməliyyatdan sonra o müntəzəm olaraq “fast food” yeməyə keçib.

 İlk vaxtlar gənc nə baş verdiyini başa düşməyib. Bir hadisədən sonra hər şey birdən aydınlaşıb. Məlum olub ki, ürəyin əvvəlki sahibi bu yeməyi çox sevirmiş.

Belə ki, ürək transplantasiyasından sonra Devid, əlbəttə ki, ürəyini daşıdığı Caden Delaneyin ailəsi ilə yaxından tanış olub. Uşağın valideynləri və Devid müntəzəm olaraq əlaqə saxlayıblar.

Bir dəfə ürəyin yeni sahibi Cadenin valideynlərindən soruşub: “Təsadüfən Caden “Burger Rings”in pərəstişkarı olub? Əməliyyatdan sonra başqa heç nə yeyə bilmirəm, ayaqlarım məni bu kafeyə aparır”.

Oğlanın valideynlərinin cavabını eşidən Devid şoka düşüb: “Caden hər gün yalnız orada yemək yeyirdi!”.

Bu heyrətamiz fakt üzərində alimlər uzun müddət araşdırma aparıblar. Nəhayət düşüncələri təsdiqini tapıb. Müəyyən olunub ki, beyin insan orqanizmində xatirələri saxlaya bilən yeganə orqan deyil.

Alimlərin əllərində artıq 70 sənədləşdirilmiş hal var ki, ürək transplantasiyası əməliyyatı keçirmiş bir xəstə həyat tərzini qəfil dəyişərək donora bənzəyir.

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat