Dünya çempionatında yarışacaq boksçularımız

post-img

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizi dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşib.

İngiltərənin Liverpul şəhərində keçiriləcək yarışda Azərbaycanın kişi boksçulardan ibarət komandası tam heyətlə çıxış edəcək.

11 gün davam edəcək çempionatda baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayev Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qadınların mübarizəsində isə ölkəmizi baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) təmsil edəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman