Şəhidlərin xatirəsinə həsr olunmuş karate turniri

post-img

Yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarış Vətən müharibəsi şəhidləri - Cəsarət Səfərov və Şahmar Səfərovun əziz xatirəsinə həsr olunub. Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Xüsusi reytinq sistemi çərçivəsində, üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ əldə edəcəklər.

Karate idman növünün inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə Azərbaycan Karate Federasiyası tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub.

L.AZAD
XQ

 

İdman