Taekvondoçumuz Avropa 2-cisidir

post-img

Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında 2-ci yeri tutub.

Turnirdə ölkəmizi “Atlet” və “Mübariz” kollektivləri də təmsil ediblər.

Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar. “Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.

L.QURBANOVA
XQ

İdman