Dəmir, sink, kalsium daha yaxşı mənimsənilsin deyə, qarabaşaq yarması və düyünün isladılması vacibdir. Tibb elmləri namizədi, toksikoloq Mixail Kutışov jurnalistlərə açıqlama verərkən elmi təcrübələrlə bu qənaətə gəldiyini vurğulayıb:
– Taxılları bir gecə islatmaq qida maddələrinin udulmasını yaxşılaşdıran və antinutrientlərin tərkibini azaldan bir sıra biokimyəvi prosesləri aktivləşdirir. İslatma fitik turşusunun tərkibini azaldır. Bu, toxumlarda, qoz-fındıqda, paxlalılarda və dənli bitkilərdə olan bir maddədir. Minerallarla birləşir və həll olunmayan fitatlar əmələ gətirir ki, bu da onların bağırsaqlarda udulmasını çətinləşdirir.
Nəmləndirildikdə fitaz fermenti aktivləşir, fitik turşusunu parçalayır və onunla əlaqəli mineralları çıxarır. Nəticədə dəmir, sink, kalsium və maqnezium yaxşı mənimsənir. Fitik turşuya əlavə, taxıllarda digər antinutrientlər – taninlər və ferment inhibitorları ola bilər. İsladılanda bu maddələrin bir hissəsi kənarlaşır, bişmə vaxtı azalır, həm də dadı yaxşılaşır. Bu yolla hazırlanan sıyıqlar daha yumşaq olur.
Toksikoloq bildirib ki, yulafı 8–12, çovdarı 8, qəhvəyi düyünü 12, ağ düyünü 9, yabanı düyünü 5, arpanı 6, qarabaşaq yarmasını və darını 5 saat islaqda saxlamaq lazımdır.
Z.HÜSEYNLİ
XQ