Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 85 illiyi münasibətilə yubiley toplantısı keçirilib.
Azərbaycan Şahmat Federasiyasından bildirilib ki, mərasimdə yubilyar F.Həsənovun adının ən uzunmüddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub. “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.
Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzunmüddətli kişi hakim kimi rəsmən təsdiqlənib. F.Həsənov 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara rəsmi sertifikatı təqdim edib.
L.QURBANOVA
XQ