Kikboksinqçimiz Dünya kubokunun qalibi olub

post-img

Azərbaycan təmsilçisi Amin Quliyev Tailanda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

Kikboksinq üzrə millinin üzvü 67 kiloqram çəki dərəcəsində “K-1” qaydalarında mübarizə apararaq qızıl medala sahib olub. Amin Quliyev dünya və Avropa çempionu, III Ümumdünya Kombat Oyunlarının qalibidir.

İdmançının şəxsi məşqçisi Kikboksinq Federasiyasının vitse-prezidenti, dəfələrlə Dünya və Avropa çempionu Əməkdar məşqçi Eduard Məmmədovdur.

L.QURBANOVA
XQ

İdman