Naxçıvan idmançıları Türkiyənin İğdır vilayətində keçirilən “Uluslararası Nevruz Judo Turnuvası”nda 23 medal qazanıblar.
Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə, 204 cüdoçu mübarizə aparıb.
Muxtar respublikanın cüdo yığmasının üzvləri 9 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. Bu, Naxçıvan cüdosu tarixində ilk belə yüksək nəticə olub.
Təmsilçilərimizdən Səccad Heydərov, Pərvin İsmayılov, Ədalət Məmməd, Amin Quliyev, Ziya Əsədli, Mürsəl Qafarlı, Şahin Quliyev, İlham Nəcəfov və Hüseyn Rzayev müxtəlif yaş qruplarında çempion olublar.
Ləman Bağırova, Məhəmməd Əliyev, Əli Cabbarov, Yusif Əsədli, Mətin Salahov, Ayxan Hüseynov ikinci, Yağmur Əlizadə, Sona Bağırova, Sadiq Quluzadə, Adəm Nağıyev, Məhəmməd Ələkbərov və Tunar Hüseynov üçüncü yeri tutublar.