"Gender əsaslı uşaq seçiminə YOX deyək!” mövzusu üzrə görüşlər keçirilib

post-img

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində maarifləndirici görüşlərin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyinin ekspertinin iştirakı ilə  8 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecində, 9 aprel 2025-ci il tarixində Şuşa Humanitar Kollecdə, 11 aprel 2025-ci il tarixində Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində tələbələrlə görüşlər keçirilib.

Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi müdirinin müavini Kamila Əliyeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova iştirak ediblər.

Görüş zamanı ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins  nisbətinin bioloji normaya uyğunlaşması istiqamətində ölkədə görülən işlər barədə məlumat verilib. Hamiləliyin süni yol ilə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirlər, arzuolunmaz hamiləliyin qarşısının alınmasına dair mövcud olan müasir üsullar barədə müzakirələr aparılıb.

Görüşlərdə ümumilikdə, 300 nəfər yeniyetmə və gənc iştirak edib.  





Sosial həyat