İtaliyanın paytaxtı Roma şəhərində ciu-citsu üzrə keçirilən ənənəvi “Böyük Dəbilqə” turnirində idmançılarımız uğurla çıxış ediblər.
Yarışda çıxış edən Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin ciu-citsuçuları Fərid Hadıyev (77 kq) gümüş, Fuad Əliyev (46 kq) uşaqlar arasında bürünc medala yiyələnib. Rita Kovari (62 kq) isə qadınların mübarizəsində 2-ci yeri tutub.
L.QURBANOVA
XQ