Rumıniya rinqində daha 2 qələbə

post-img

Azərbaycanın daha iki boksçusu Rumıniyada gənclər arasında keçirilən “Drakula Open” turnirinə qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, Nihat Qasımov (51 kq) 1/8 finalda Kristian Serbanı (Rumıniya) 5:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.

Rumıniyalı Emzar Qransianı birinci raundda tam üstünlüklə məğlub edən Zidan Hümbətov (54 kq) isə ilk növbəti mərhələdə Roman Spakla (Moldova) qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl 3 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün, ən azı, bürünc medalı da təmin ediblər.
“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

Leyla QURBANOVA
XQ

İdman