İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə keçirilir

post-img

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən növbəti müsahibə prosesi başlayıb.

Müsahibə prosesində qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə 1 vakant yer üçün müraciət edən 36 namizəd, imam və imam müavini  vəzifəsinə 3 vakansiya üzrə 82 namizəd arasında seçim aparılacaq.

Seçimlər mütəxəssislərdən ibarət Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunub.

Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan ediləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha təyin olunacaqlar.

Qeyd edək ki, hazırda seçimləri aparılan vakant vəzifələrə namizədlərin sənədlərinin qəbulu 15 avqust – 1 sentyabr 2024-cü il tarixlərində həyata keçirilib. Müsahibə fevralın 28-də yekunlaşacaq.

Sosial həyat