Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda silsilə maarifləndirici tədbirlərə başlanılıb.
Bu istiqamətdə ilk tədbir 19 fevral 2025-ci il tarixində Bakı şəhəri Nizami rayonunda yerləşən 229 saylı tam orta məktəbin 9-10-cu sinif şagirdlərinin iştirakı ilə təşkil edilib. Tədbirdə Hüquqi təminat şöbəsinin əməkdaşları Tural Hüseynzadə və Xəyalə Abbaslı-Əsgərli, eləcə də Uşaq Səfirlər Məclisinin üzvləri iştirak edib.
İnteraktiv müzakirələr şəklində keçən təlim zamanı Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, mahiyyəti, müddəaları, uşaq hüquqları və digər mövzularda məktəblilərə məlumatlar verilib, təqdimatlar nümayiş etdirilib.
Qeyd edək ki, təlimlər cari ilin sonunadək digər məktəblərdə də davam etdiriləcəkdir.