Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin V qrupu çərçivəsində keçiriləcək Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Afinada martın 11-də keçiriləcək matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Trayan Ençevə Kaloyan Kirilov və İvan İvanov kömək edəcəklər. Almaniyalı Sven Ekler isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
DAİS İdman Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Leyla QURBANOVA
XQ