Bakı “İdman paytaxtı” mükafatı aldı

post-img

İtaliyanın Genuya şəhərində Avropa İdman Paytaxtları Konqresi keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri “Bakı 2026 – Dünya idman paytaxtı” mükafatının laureatı qismində iştirak ediblər.

“İdman paytaxtı” mükafatına layiq görülmüş şəhərlərin nümayəndələrini bir araya gətirən konqresdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elvin Zeynallı Bakıda fəaliyyət göstərən idman qurğuları haqqında məlumat verib. O, 2026-cı ildə ölkəmizdə gerçəkləşdiriləcək layihələr haqqında danışıb, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından böyük təcrübəsinin olduğunu qeyd edib.

Leyla QURBANOVA
XQ

 

İdman