Bakıdakı “Böyük Dəbilqə” turnirində çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz yarışda 12 çəki dərəcəsində 33 idmançı (24 kişi və 9 qadın) ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Əhməd Yusifov, Hüseyn Allahyarov, Turan Bayramov, Balabəy Ağayev (hamısı 60 kiloqram), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Yelkiyev, Elşən Əsədov (hamısı 66 kiloqram), Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov (hamısı 73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev, Süleyman Şükürov (hamısı 81 kiloqram), Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kiloqram), Əjdər Bağırov, Davud Namazlı (hər ikisi 100 kiloqram), Uşanqi Kokauri, Camal Qamzatxanov, Kənan Nəsibov və Ramazan Əhmədov (hamısı +100 kiloqram) qüvvəsini sınayacaq.
Qadınlar arasında isə Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kiloqram), Fidan Qasımova, Fidan Əlizadə (hər ikisi 57 kiloqram), Nərgiz Hacıyeva (63 kiloqram), Südabə Ağayeva, Günel Həsənli (70 kiloqram) və Nigar Süleymanova (78 kiloqram) medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə” turnirində 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.