Güləşçilərimizin Xorvatiya uğuru

post-img

Azərbaycanın yunan-roma güləşçiləri Xorvatiyada keçirilən reytinq turnirinin son günündə 1-i qızıl olmaqla 5 mükafat qazanıblar.

Təmsilçilərimizdən Elmir Əliyev (55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq), Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, bundan əvvəl turnirdə sərbəst güləşçilərimiz 7, qadın güləşi üzrə təmsilçilərimiz isə 2 medala sahib olublar.

L.QURBANOVA
XQ

 

İdman