Şahmat üzrə Azərbaycan çempionatı davam edir.
Kişi şahmatçılarımız arasında məşhurlar – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Aydın Süleymanlı, Rauf Məmmədov 1/8 final mərhələsində 2 oyunun nəticəsinə görə, dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. Digər iştirakçılar Məhəmməd Muradlı Nicat Məmmədov, Eltac Səfərli Vüqar Əsədli, Vasif Durarbəyli Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov isə Nicat Abasovla heç-heçə etdiklərinə görə, tay-brekdə oynayacaqlar.
Qadınların yarışında isə Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Səbinə İbrahimova növbəti mərhələyə keçiblər. Günay Məmmədzadə Lalə Hüseynova, Nərmin Kazımova Türkan Məmmədyarova ilə tay-brekdə qalib adı uğrunda mübarizə aparacaqlar.
L.QURBANOVA
XQ