Dünən kişi voleybolçular arasında Yüksək Liqada IX tura start verilib.
İlk oyun günündə bir matç keçirilib. Voleybol Mərkəzində keçirilən yeganə matçda “Azərreyl” MOİK-lə üz-üzə gəlib. Görüş gözlənildiyi kimi, “dəmiryolçular”ın asan qələbəsi ilə başa çatıb. Bu qələbə “Azərreyl”i müvəqqəti də olsa ikinci pilləyə yüksəldib.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Gənclər” – “Neftçi” və “Xilasedici” – “Murov Az Terminal” oyunları ilə yekun vurulacaq.
L.QURBANOVA
XQ