Bakıda “Formula 1”in təqvimi açıqlanıb

post-img

Bu il Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.

Turnirin rəsmi saytının məlumatına görə, əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.

Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat yarışı keçiriləcək.

Vurğulayaq ki, “Formula 1”də yeni mövsüm martın 16-da Avstraliyada start götürəcək və dekabrın 7-də Abu Dabidə başa çatacaq.

Leyla QURBANOVA
XQ

İdman