İdmançımız “İlin ən yaxşı parataekvondoçusu”dur

post-img

Azərbaycan millisinin parataekvondoçusu İmaməddin Xəlilov növbəti dəfə fərqlənib.

Paralimpiya çempionu “İlin ən yaxşı parataekvondoçusu” nominasiyasının qalib olub.

O, “mundotaekwondo.com” saytının sorğusunda səsçoxluğu ilə bütün rəqiblərini qabaqlayıb. 2011-ci ildə təsis edilən bu portal taekvondo üzrə ixtisaslaşıb.

Qeyd edək ki, Xəlilov Paris Paralimpiadasında qızıl medal qazanıb. O, həmçinin dünya reytinqinin hazırkı lideridir. İ.Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına da layiq görülmüşdü.

Leyla QURBANOVA
XQ

 

İdman