Yanvarın 16-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şika şəhəri meriyasının müşaviri Oie Hideaki, Beynəlxalq Mübadilə Proqramı üzrə koordinator Matsumoto Mariko, Yaponiyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Higuchu Kazuki, Şika şəhər məktəbinin nümayəndələri, eləcə də səfirliyin digər nümayəndələri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) çərçivəsində Yaponiya və Milli Olimpiya Komitəsi arasında sıx əməkdaşlığı və bu əməkdaşlığın daha da gücləndirilməsini müzakirə etmək olub.
Görüşdə çıxış edən Şika şəhəri meriyasının müşaviri Oie Hideaki bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. “Bizim əsas məqsədimiz Azərbaycan ilə Yaponiya arasında təhsil, mədəniyyət və idman sahəsində qarşılıqlı mübadilələrin aparılmasıdır”, - deyə Oie Hideaki qeyd edib.
Bundan sonra tərəflər OCEP çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib və gələcəkdə birgə layihələr həyata keçirmək barədə fikir mübadiləsi aparıblar.
L.QURBANOVA
XQ