“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü qolunu vurub. Bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.
“Qarabağ” Azərbaycanın evdə və səfərdə 900 və daha çox qol vuran 2-ci komandası olub. Bu günə qədər isə yalnız “Neftçi” öz meydanında bu qədər qola sahib ola bilib.
Qeyd edək ki, Ağdam klubunun ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.
S.FİDAN
XQ